
Bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank filialı və şöbələrinə köçürmə sistemləri vasitəsilə 1 milyon 726,5 min manat daxil olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26 % çoxdur.
Hesabat dövründə Naxçıvana daxil olan vəsaitlərin 68,9 %-i və ya 1 milyon 189 min manatı respublikanın digər bölgələrindən, 537,5 min manatı isə xarici ölkələrdən daxil olub. Bu da, illik müqayisədə müvafiq olaraq 77,7 % çox və 23,3 % azdır.
Apreldə Naxçıvana xarici ölkələrdən ən çox Türkiyədən (315,2 min manat; 90,9 % çox), Rusiyadan (81,6 min manat; 5,5 dəfə az), Gürcüstandan (67,5 min manat; 4 dəfə çox) və ABŞ-dan (58,9 min manat; 4,1 dəfə çox) vəsait daxil olub.
.