
Dövlət Turizm Agentliyinin işçilərinin say həddi artırılıb.
Bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb.
Fərmana əsasən, Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 165 ştat vahidindən 181-ə, regional turizm idarələri üzrə 88-dən 104 ştat vahidinə artırılıb.
Eyni zamanda, müvafiq Fərmana əsasən Naxçıvan Regional Turizm İdarəsi yaradılıb.
.