NATO yüksək hazırlıqlı döyüş qüvvələrinin sayını artıracaq.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

O bildirib ki, NATO alyansın şərq qanadında döyüş qüvvələrini daha da gücləndirəcək.

"Biz NATO-nun Cavab Qüvvələrini transformasiya edəcəyik və yüksək hazırlıqlı döyüş qüvvələrinin sayını 300 000-ə çatdıracağıq", - o deyib.

.