ABŞ, Fransa və NATO-nun şərq qanadı ölkələri Afinadan bir neçə “Mirage 2000-5” qırıcısını vasitəçi ölkələrə satmasını tələb edir.

Bu barədə “Kathimerini” nəşri məlumat yayıb.

Bildirilib ki, Afinadan Hərbi Hava Qüvvələrinin, ümumilikdə 24 “Mirage 2000-5” döyüş təyyarəsindən bir neçəsini son təyinatçı kimi Ukraynaya vermək üçün vasitəçi ölkələrdən birinə satmağı tələb edirlər.

Əgər Yunanıstan təyyarələri satmaq fikrinə gəlsə, Estoniya bu işdə vasitəçi rolunu oynamaq niyyətini bildirib.

Yunanıstan tərəfinin yaxın gələcəkdə yeni fransız “Rafale” döyüş təyyarələrini almaq niyyətində olması “Mirage 2000-5” təyyarələrinin satışını aktuallaşdırıb.

.