“NATO-ya üzv dövlətlərin müdafiə xərcləri 2014-cü ildən ümumilikdə 260 milyard dollar artıb”.

“RİA Novosti” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq İtaliyada keçirilən “NATO - sənaye” illik forumundakı çıxışında bildirib.

“Yaxşı xəbər odur ki, 2014-cü ildən biz müdafiə sərmayəsini artırmağa başlayandan bütün müttəfiqlərin müdafə xərcləri artıb. Beləliklə, müttəfiqlər 7 ildə müdafiə xərclərini artırıblar. Hazırda on müttəfiq ölkə müdafiə xərclərini ümumi daxili məhsulun 2 faizi həcmində maliyyələşdirir. Alyansa üzv ölkələrin əksəriyyəti eyni məqsədə nail olmaq üçün planlarını açıqlayıb”, - o qeyd edib.

NATO-nun 2021-ci ildə hərbi büdcəsi 1,61 milyard dollar həcmində olub, bu da 2020-ci ilin göstəricilərində 5 faiz çoxdur.

.