NATO müttəfiqləri hər zaman Ukraynanı dəstəkləyiblər və çətin zamanda müttəfiqlər bu dəstəyi daha da gücləndiriblər.
Bu barədə NATO Baş katibi Yens Stoltenberq bildirib.
Baş katibin sözlərinə görə, Ukrayna səmasının bağlanması məsələsi NATO XİN rəhbərlərinin iclasında müzakirə olunub: “NATO müttəfiqləri razılaşırlar ki, Ukraynanın hava sərhədləri daxilində fəaliyyət göstərən NATO təyyarələri və Ukrayna ərazisində NATO qoşunları olmamalıdır”.
NATO Baş katibi: “Rusiya-Ukrayna münaqişəsində tərəf deyilik”
“Biz Rusiya-Ukrayna münaqişəsində tərəf deyilik. Bizim bu münaqişənin Ukrayna sərhədlərindən kənara çıxmamaqla bağlı məsuliyyətimiz var. Digər halda, bu daha çox itkilərə səbəb olacaq”.
Bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Prezident Putin bizi, NATO-nu bölməyə çalışdı, lakin o, uğursuzluqla üzləşdi, bu gün NATO müttəfiqləri daha çox həmrəydir.
Biz Prezident Putini müharibəni dərhal dayandırmağa və Rusiya hərbi qüvvələrini heç bir şərt irəli sürmədən Ukrayna torpaqlarından çıxarmağa çağırırıq”, - Baş katib vurğulayıb.
.
