NATO-nun Baltik dənizində keçirdiyi təlimlər zamanı Rusiya təyyarələri bir neçə gəminin üzərindən uçub.

Bildirilir ki, Rusiya qırıcıları NATO gəmilərinin üzərindən 91 metr hündürlükdə və cəmi 73 metr məsafədə uçub.

Alyansın dəniz komandanlığı hadisənin miqyasını “təhlükəli” sinfinə aid edib.

NATO hava hücumundan müdafiə təlimləri üçün istifadə edilən ərazidə baş vermiş hadisəni təhlükəli və qeyri-peşəkar hesab etdiyini bildirib. Bəyanatda manevrlər zamanı Rusiyaya məxsus təyyarələrin uçuş hündürlüyü və bir-birlərinə yaxınlığı xüsusi vurğulanıb.

.