NATO-ya üzv dövlətlər 2025-ci ildə Ukraynaya 40 milyard avro həcmində hərbi dəstəklə bağlı razılığa gəlib.

Bu barədə “Reuters“ xəbər yayıb.

Bildirilib ki, bununla bağlı alyansın 9-11 iyul tarixlərindəki Vaşinqton sammitində imzalanacaq sənəddə sözü gedən öhdəliyin proporsional pul köçürmələri vasitəsilə icrası əks olunub.

Bu arada, Baş katib Yens Stoltenberq bir qədər əvvəl üzv dövlətləri Ukraynaya illik 40 milyard avro həcmində maliyyə dəstəyinə çağırıb. O ki qaldı alyans ölkələrinin həmin məbləğdəki payına, Baş katib onun ümumdaxili məhsulun həcmi nəzərə alınmaqla, bərabər bölüşdürülməsini vacib sayıb.

Qeyd edək ki, belə olan halda ABŞ, Almaniya, Böyük Britaniya, Fransa və İtaliyanın üzərinə daha böyük maliyyə yükünün düşəcəyi ehtimal olunur.

.