NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynaya Rusiya tərəfindən hücum riskinin yüksək olduğunu bildirib.
Baş katib bu barədə Tvitterdə yazıb.
Stoltenberq bildirib ki, ABŞ prezidentinin təklifi ilə keçirilən görüşündə iştirak edib. Görüş iştirakçıları Ukraynaya Rusiya tərəfindən hücum riskinin yüksək olmasını müzakirə ediblər. Lakin NATO dialoq üçün açıq olmaqla yanaşı, bütün müttəfiqlərin müdafiəsini təşkil etməyə hazırdır.
.
