
NATO Milad bayramı ərəfəsində Rusiyanı qoşunlarını Ukrayna sərhədindən çıxarmaq və bununla da regionda gərginliyi azaltmağa çağırıb.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq dpa agentliyinə müsahibəsində deyib.
“Söhbət Rusiya-Ukrayna sərhədi yaxınlığında cəmləşmiş on minlərlə hərbçidən gedir.
Kremı 2014-cü ilin yazında Krım yarımadasının işğalı zamanı Ukraynaya qarşı təcavüzkarlığa əl atıb”- baş katib bildirib.
O, qüvvələrin toplama miqyası, onun dayandırılması və ya yavaşlaması əlamətlərinin olmamasını xüsusilə qeyd edib.
NATO katibi alyansın “təhlükəsizlik zəmanəti” tələbləri ilə bağlı Rusiya ilə dialoqa getməyə hazır olduğunu deyib. Həmçinin, alyans rəhbəri ayrı-ayrı dövlətlərin NATO-ya qoşulmama ehtimalı haqda fikirləri rədd edib.
“Biz NATO-nun bütün müttəfiqləri qorumaq, eləcə də əsas prinsip-hər bir xalqın öz yolunu seçmək hüququnu şübhə altına ala bilmərik”- o vurğulayıb.
.