Avropada ABŞ-dan müstəqil silahlı qüvvələrin yaradılması NATO müttəfiqləri arasında parçalanmaya səbəb olacaq.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Baş katib bildirib: "Mən Avropanın əlavə müdafiə səylərini alqışlayıram, ancaq NATO-nu heç vaxt əvəz edə bilməz. Biz əmin olmalıyıq ki, Avropa və Şimali Amerika birləşəcək".

Onun fikrincə, "Şimali Amerika ilə Avropa arasındakı əlaqələri zəiflətmək üçün hər hansı bir cəhd NATO-nu zəiflətməklə yanaşı, Avropanı parçalayacaq".

.