Polşa və Estoniyadakı son hadisələr, eləcə də Danimarkada davam edən hadisələr fonunda, Avropa İttifaqının etibarlı hava müdafiə sisteminə ehtiyacı olduğu aydındır.

"Reportun Avropa bürosunun məlumatına görə, bunu NATO-nun Baş katibi Mark Rütte Brüsseldə Avropa Komissiyasının təhlükəsizlik üzrə kollegiyasında iştirak edərkən bildirib.

"Danimarkada baş verənlərin şəraitini araşdırmağa davam edirik. Polşa və Estoniyaya gəlincə, bunun arxasında Rusiyanın durduğu aydındır. Biz bunun qəsdən edilib-edilmədiyini təhlil edirik. Ancaq hətta qəsdən edilməsə belə, belə hərəkətlər məsuliyyətsiz və qəbuledilməzdir. Buna görə də biz səmamızı qorumalıyıq", - deyə Rütte vurğulayıb.

O, pilotsuz uçuş aparatlarından istifadə təşəbbüsünün vaxtında və zəruri olduğunu vurğulayıb: "Cəmi bir neçə min avro dəyərində olan pilotsuz uçuş aparatlarını məhv etmək üçün milyonlarla avro və ya dollar xərcləmək olmaz".

NATO-nun Baş katibi həmçinin vurğulayıb ki, Ukrayna müdafiə xəttinin ön cəbhəsindədir və söhbət təkcə ölkənin müdafiəsindən deyil, həm də Avropa dəyərlərinin və kollektiv təhlükəsizliyin qorunmasından gedir. Rütte bir daha NATO və Aİ-nin bütün səviyyələrdə koordinasiyalı birgə işinə çağırış edib.

.