NATO-nun ekspert qrupu Azərbaycana səfər edəcək.

Müdafiə Nazirliyindən Trend-ə bildiriblər ki, Tərəfdaşlıq Təlim və Təhsil Mərkəzinin yaradılması və onun NATO tərəfindən tanınması məqsədilə noyabrın 18-də NATO ekspert qrupunun Azərbaycana səfəri başlayır.

Noyabrın 22-nə kimi davam edəcək səfərdə NATO ekspertlərinin Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüş keçirəcək. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər müzakirə ediləcək.
.