
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı böhranı aradan qaldırmağa çalışır, amma hələlik sülh razılaşması yoxdur.
Bu barədə NATO-nun Baş katibi Mark Rutte Sarayevo Universitetində tələbələrlə görüşü zamanı bildirib.
“Gələcəkdə sülh əldə edilərsə, onu necə qorumaq barədə artıq düşünmək lazımdır. Bunun üçün bir çox model var. İndi fransızlar və britaniyalılar tərəfindən işlənən bir model var və bu, müsbətdir. Ümid edirəm ki, tezliklə bu məqsədə çatacağıq”, - NATO Baş katibi qeyd edib.
Rutte vurğulayıb ki, bu yaxşı razılaşma olmalıdır.
.