Şimali Koreya hərbçiləri Rusiya tərəfdən Ukraynaya qarşı vuruşur.

Bunu NATO-nun Baş katibi Mark Rutte deyib.

O bildirib ki, əldə olunan faktlara əsasən, Şimali Koreya qoşunlarının bir hissəsi Rusiyanın Kursk vilayətində cəmləşdirilir:

“Rəsmi Pxenyanın ordunun şəxsi heyətindən formalaşdırılan bölüyü Rusiyaya göndərməsi və onların Kursk istiqamətində cəmləşdirilməsi barədə məlumatları təsdiqləyirik. Şimali Koreyanın Rusiyaya ordu göndərməsi regionda eskalasiyaya səbəb olacaq və müharibə arealını genişləndirəcək”.

 

.