"Vəhşi mələk" serialından tanınan məşhur aktrisa Nataliya Oreyro təcili xəstəxanaya yerləşdirilib.

"Unica" nəşri xəbər verir ki, hadisə aktrisanın Tel-Əvivə uçuşu öncəsi baş verib. O, özündə kəskin nasazlıq hiss edib.

Həkimlər Oreyroya fiziki yorğunluq diaqnozu qoyublar.

Nataliya 2018-ci ilin yayında ekranlara çıxacaq "Re Loca" komediyasının çəkilişlərində iştirak edir.
.