Bu gün Abşeron Rayon Məhkəməsində narkotik vasitələr əldə etməkdə və saxlamaqda təqsirləndirilən Elşad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E. Babayevin vəkili, Vəkillər Kollegiyasının və Beynəlxalq Hüquq Assosasiyasının üzvü Paşa Səfərovun APA-ya verdiyi məlumata görə, hakim İlham Kərimlinin sədrliyi ilə keçən prosesdə hökm oxunub. Məhkəmə E. Babayevin barəsində bəraət hökmü çıxarıb və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, E. Babayev Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham edilib.

.