Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Quliyev Vasif Asif oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşdırıb.

APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən V. Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Gəncə şəhər sakini, 37 yaşlı V. Quliyev Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb. Bölməyə gətirilən şəxsin əlindəki bağlamadan külli miqdarda narkotik vasitə aşkar edilib.
V. Quliyevin sözlərinə görə, yabanı halda bitmiş narkotik vasitənin bir hissəsini Şəmkir rayonu ərazisində yol kənarından yığıb.
.