
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Yadigar Quliyev, onun oğlu Əbdüləli Quliyev və Azər Firidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. Firidov 5 il, Y. Quliyev 6 il, Ə. Quliyev isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər üç şəxs Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham ediliblər.
.