Qərb qarşısına MDB ölkələri arasında təkcə siyasi və iqtisadi deyil, həm də tarixi-coğrafi əlaqələri qoparmaq vəzifəsi qoyub.
Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin MDB ölkələri təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərlərinin XX iclasında çıxışında bildirib.
“Mövcud məlumatlara görə, Amerika və Böyük Britaniya kəşfiyyat xidmətləri regionumuzun dövlətləri arasında təkcə siyasi və iqtisadi deyil, həm də dərin tarixi və hətta coğrafi əlaqələri kəsmək kimi iddialı vəzifə qoyublar”, - deyə SVR rəhbəri qeyd edib.
Onun sözlərinə görə, bu məqsədlə tabe olan qeyri-hökumət təşkilatlarına və KİV-lərə “diqqəti qondarma dekolonizasiyaya yönəltmək”, yerli mədəniyyət xadimlərini, elm adamlarını, urbanistləri və hüquq müdafiəçilərini əməkdaşlığa daha fəal cəlb etmək tapşırılıb.
.