ABŞ Ukraynanı səfərbərliyin maksimum sürətləndirilməsinə yönəldir.
Bunu Xidmətin direktoru Sergey Narışkin deyib.
Narışkinin fikrincə, ABŞ Ukraynanı səfərbərliyin maksimum intensivləşdirilməsinə yönəltməklə yanaşı, 17-70 yaş arası kişiləri və həmçinin qadınları hərbi xidmətə çağırmağı tövsiyə edir:
“Qərb, Ukraynanın müharibədəki itkilərinin sayına baxmayaraq, münaqişədə Rusiyanın qələbəsinin mümkünsüzlüyünü dünya ictimaiyyətinə nümayiş etdirməyi Prezident Vladimir Zelenski rejimindən tələb edir”.
Kəşfiyyat Xidmətinin rəhbəri həmçinin əlavə edib ki, Kiyevin amerikalı və britaniyalı kuratorları Ukraynanın hərbi-siyasi rəhbərliyinə çağırış yaşını 17-70 aralığında təyin etməyi, həmçinin qadınların ordu sıralarına səfərbər edilməsini tövsiyə edir.
.