Fransanın "Charlie Hebdo” jurnalında və digər Qərb nəşrlərində Mühəmməd peyğəmbər (ə.s)-ın karikaturalarının verilməsinə etiraz olaraq çərşənbə gün bir neçə yüz adam Nardaran kəndində aksiya keçirib.Aksiya iştirakçıları əllərində "İslam müdafiəsiz deyil”,”Fransa islmadan qorxur”, "Yaşasın peyğşmbər” şüarları tutublar.
Fransa, İsrail və ABŞ-ın bayraqları ayaq altına salınıb. Eyni zamanda iştirakçılar əllərində dini və Azərbaycanı dövlət bayraqlarını tutublar. Aksiya hakimiyyətlə razılaşdırılmasa da polois aksiyaya müdaxilə etmir.
Aksiyanın keçirildiyi "İmam Hsseyn” meydanında isə polislər ümumiyyətlə gözə dəymirlər.
Qəsəbənin ağsaqqallarından biri Natiq Kərimov Turana bildirib ki, qəsəbə sakinləri peyğəmbər (ə.s.)-ın təhqir olunmasına etiraz edirlər və dindarların hisslərinə hörmət qoyulmasını istəyirlər.
N.Kərimov həm də "Charlie Hebdo” jurnalı redkasiyasında törədilən terror aktını da pisləyib.
"Biz şiə müsəlmanlar olaraq istənilən terrorun əaleyhinəyik. İŞİD-in tərətdiklərinə gəlincə, bunun hislama hər hansı aidiyyatı yoxdur. Amma biz həm də bizimmüqəddəslərin təhqir olunmasını da qəti şəkildə pisləyirik”-deyə N.Kərimov qeyd edib..
