İtaliyanın Piedmont bölgəsindəki, 74 otaqlı Bonapart sarayı 3.8 milyon sterlinqə satışa çıxarılıb. Bu saray Napoleon Bonapartı qonaq edib.
13 yataq otağı və 30 nəfərlik ibadətgaha malik olan sarayın layihəsi Barok üslublu tikintiləri ilə məşhur olan memar Filippo Juvarra tərəfindən hazırlanmışdı.
Sarayın tarixi əhəmiyyəti var.
1800-cü ildə Habsburg monarxiyası və Fransa arasında gedən Marengo döyüşü əsnasında Napolon Bonapartın qərargahı olaraq xidmət göstərib. (azadinform.az)
.