Xəbər verdiyimiz kimi, meyxanaçı Namiq Qaraçuxurlu "Soyuqdur” adlı mahnısına klip çəkdirir.

Axşam.az-ın məlumatına görə, rusiyalı tanınmış Taşa Turovanı Bakıya gətirən və onu klipinə çəxən sənətçinin sosial şəbəkədə fotoları yayılıb. 

Taşa Namiqlə Tufandağda istirahət zamanı çəkilən şəkillərini izləyiciləri ilə bölüşüb. 

"Taşa Turova ilə Almaniyadan Moskvaya uçarkən tanış olduq. Mən klip çəkilişindən, o isə konsertdən gəlirdi. Bakıya gələndə klipimin ssenarisində dəyişiklik edildi və xanım tərəf müqabili lazım oldu. Taşaya ssenarini göndərdim, bəyəndi və çəkilməyə razılaşdı. Artıq bir neçə gündür qonağımdır, klip çəkilişlərinə başladıq” deyə, N.Qaraçuxurlu açıqlamasında bildirmişdi.





Namiq rusiyalı gözəllə Tufandağda -  fotolar

.