
Müğənni Nadir Qafarzadə yaradıcılığındakı yeniliyi təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Tural Xaniyə, musiqisi və aranjimanı Fərid Kərimliyə məxsus "Məni xatırlama" adlı yeni mahnı oxuyub: "Yaradıcılığımla bağlı yeniliklərim çoxdur. Bir neçə yeni mahnılar yazdırmışam. Yeni təqdim etdiyim "Məni xatırlama” adlı bəstənin seviləcəyinə inanıram. Əsl payız ruhunda olan bir mahnıdır”.