Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.

Bu barədə Dövlət Gömrük komitəsi məlumat yayıb.

Bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus əşyalara baxış keçirilən zaman gömrük orqanlarına bəyan edilməyən 69 ədəd müxtəlif markalı kompüter ehtiyat hissəsi, 4 ədəd kompüter, 6 ədəd elektron siqaret üçün tütün məmulatı, 400 ədəd siqaret, 10 ədəd elektron qəlyan, 1 ədəd smart qol saatı, 2 ədəd mobil telefon, 177 ədəd mobil telefon ekranı, 4 ədəd mobil telefon detalı, 62 ədəd kosmetik vasitə, 5 ədəd ətir aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

.