“Mütəxəssislər qlobal iqtisadiyyatın son dövrlərdə bərpa olunmasını qeyd etsələr də, narahatlıq hissi aktual olaraq qalır”. 

RİA Novosti verdiyi xəbərə görə, bunu “Pacific Investment Management”in qlobal iqtisadiyyat üzrə müşaviri İoaxim Fels bildirib.

Onun sözlərinə görə, bütün ölkələrdə tezliklə tənəzzül başlayacaq: “İnkişaf etmiş ölkələrin hökumətləri pandemiya dövründə iqtisadiyyatı mümkün qədər normal vəziyyətə gətirmək üçün trilyonlarla dollar xərclədi. Bunun sayəsində avqust ayında ABŞ-da işsizlik kəskin şəkildə azaldı və mənzil bazarındakı vəziyyət yaxşılaşdı”. 

Müşavir əlavə edib ki, xərclənən vəsaitlər hesabına Çin iqtisadiyyatı bərpa olundu, Almaniyada istehsal artdı: “Ancaq proqnozlara görə, ilin sonunadək bu mövqeyi qoruyub saxlamaq asan olmayacaq. Bütün ölkələrdə iqtisadiyyatı stimullaşdırmaq üçün səylərin artırması tələb ediləcək”.

.