Ekspertlər elmi nöqteyi-nəzərdən ən dadlı və faydalı şokoladı müəyyənləşdiriblər.

“Ridus”  xəbər verir ki, araşdırmanı Amerika Kimya Cəmiyyətinin alimləri aparıb.

Qeyd olunub ki, südlü şokolad ən dadlı olsa da, onu sağlam qida saymaq çətindir.

Mütəxəssislərin fikrincə, tünd şokoladın bir sıra faydalı yönləri var, lakin onun dadını heç də hər kəs bəyənmir. Şokoladın bu növü orqanizmə müsbət təsir edən bir sıra fenol birləşmələrə malikdir.

Bununla belə, araşdırmaçılar qızıl ortanı tapmağa cəhd ediblər. Onlar müəyyənləşdiriblər ki, fenol yerfındığının istehsal zamanı tez-tez zibilə atılan nazik qabığında mövcuddur. Qeyd etmək lazımdır ki, bu maddə çox güclü antioksidantdır.

Bildirilib ki, alimlər qozun nazik qabığını ovaraq ondan fenolu ayırıblar. Alınmış tozu südlü şokoladla qarışdıraraq könüllülərə təqdim ediblər. Onlar adi şokoladla fenol əlavə edilmiş şokolad arasında fərqi hiss etməyiblər.

.