“Bəziləri şikayət edirlər ki, 103 çağırışlara gec gəlir. Bəzi yükləmələr ola bilər, amma sonda gəlir. Gözləmək lazımdır ki, gəlib baxsınlar. Özümüz özümüzü müalicə etməyək”.

“Report” xəbər verir ki, Azərbaycanın baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev "Real TV"yə deyib.

Onun sözlərinə görə, bəzi həkimlərimiz dost-tanış, qohumların xahişi ilə üzdən keçə bilmədiyinə görə evdə xəstəyə müalicə yazır: “Kim olursa olsun, ev şəraitində müalicə aparılmamalıdır. Nə zaman ev şəraitində müalicənin mümkünlüyü barədə qərar qəbul edilsə, onda da insanlar sahə həkimlərinin nəzarəti altında müalicə ala bilərlər”. 

.