2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Təhsil İnstitutundan bildirilib ki, nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd olunub ki, 26-31 iyul tarixlərində keçirilən vakansiya seçimində 5619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.

Məlumata görə, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

.