Bu gün Vətən müharibəsində qazanılmış böyük zəfərin ikinci ildönümü münasibətilə müdafiə nazirliyinin zabit heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Hərbçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.

Nazirliyin zabit heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.
 

.