Müdafiə Nazirliyinin dekabrın 9-da keçirilən kollegiya iclasında azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri barədə məruzələr dinlənilib.

Qeyd olunub ki, görülən tədbirlər nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni təminat yollarının çəkilməsi, eləcə də ərazilərin müəyyən hissəsinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər həyata keçirilib.

Bu istiqamətdə görülən işlərin növbəti ildə də davam etdiriləcəyi vurğulanıb.

.