ATƏT-in Minsk qrupu Azərbaycanla Ermənistan arasında problemin həlli məsələsində sinifdə qaldı.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

O qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da Azərbaycanın yanında olacaq.

Şentopun sözlərinə görə, Türkiyə regionda sülhün bərqərar olması üçün səy göstərdiyi halda, həmkarı, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistana təxribat xarakterli səfər edib.

Türkiyə parlamentinin sədri Nensi Pelosinin səfərinin bölgədə sülhə xələl gətirə biləcəyini də əlavə edib: “Təəssüf ki, bu səfər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in və Avropa Şurası Parlament Assambleyasının bir çox qətnamələrində işğalçı kimi tanınan Ermənistanı beynəlxalq hüquqa zidd davranışlara təşviq etməkdən başqa bir məqsədə xidmət etməyəcək”.

Şentop Pelosinin Ermənistanda olduğu zaman böyük bir heyətlə Azərbaycana səfər etməyi planlaşdırdığını, lakin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın ölkə xaricində olması səbəbindən bu səfərin baş tutmadığını açıqlayıb.

.