“Baydenin 1915-ci il hadisələrilə bağlı bəyanatının heç bir hüquqi və tarixi əsası yoxdur, amma bu, Türkiyə-ABŞ münasibətlərini zəhərləyəcək xarakterdədir”.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop özünün “twıtter” səhifəsində bunu yazıb.

TBMM sədri bildirib ki, siyasi hesablamaların məhsulu olan bu bəyanat da 1981-ci ildə Ronald Reyqanın səsləndirdiyi oxşar ifadə kimi Türkiyəyə heç bir zərər toxundurmayacaq. 

“ABŞ ən kirli keçmişi olan ölkədir”, deyə M.Şəntop qeyd edib.


 

.