Ötən şənbə Müşfiqabad qəsəbəsində iftar zamanı bir neçə vəhabi bir qrup şəxsə hücum edərək onları döyüb. Hücum edənlərin bir hissəsi saxlanılaraq Qaradağ Polis İdarəsinin 10-cu bölməsinə aparılıb. "İslamazeri” dini saytı məlumat verib. Turan-ın polis bölməsindən və DİN-dən məlumat almaq cəhdləri nəticə verməyib.
İçərişəhər "Cümə” məscidinin imam-camaatı, ilahiyyatçı Hacı İlqar İbrahimoğlu bunu Azərbaycanda ekstremist ideologiyanın tətbiqinə cəhd kimi qiymətləndirib. "Bu məqsədlə sələfi təriqətinə mənsub qeyri-sabit insanları bu cür qeyri-adekvat hərəkətlərə sövq edirlər”, - o bildirib.
Xatırladaq ki, iyulun 4-də Sabirabadda vəhabinin saqqalının zorla qırxılması ilə bağlı İnternetdə video yayılıb. Bu, sələfilərin, həmçinin onların əleyhdarlarının aqressiv reaksiyasına səbəb olub.
Ümumilikdə, müxtəlif dini cərəyanların tərəfdarları arasında gərginlik artıb.
.
