Son günlər sosial şəbəkələrdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin Avropa Demokratiya Naminə Dəstək Fondundan 77 min ABŞ dolları məbləğində pul vəsaiti alması, bundan sonra isə 120 min ABŞ dolları məbləğində əlavə pul vəsaiti alacağı barədə müzakirələr aparılmaqdadır. Bununla yanaşı, onun beynəlxalq fondlardan əldə etdiyi pul vəsaiti barədə məlumatları nəyinki KİV-lərdən, hətta partiya funksionerlərindən də gizli saxladığı vurğulanmışdır. Sözügedən məsələ ilə bağlı əsasən Avropada yaşayan mühacirlərin məlumatlı olduğu, sosial şəbəkələrdəki müzakirələrin də məhz onlar tərəfindən qaynaqlandığı qeyd olunmuşdur. Həmçinin bildirilmişdir ki, Əli Kərimli xarici fondlardan külli miqdarda pul vəsaiti almasına baxmayaraq, partiya üzvlərindən məcburi qaydada üzvlük haqqı tələb edir və partiyanın problemlərini məhz həmin pullar hesabına həll etmək istəyir.
.