Dekabrın 1-də Müsavat Partiyası Divanının iclası keçirilib.
Partiyanın mətbuat xidmətinin yaydığı xəbərdə deyilir ki, toplantıda Bakı və Sumqayıt şəhər, məcburi köçkün rayon təşkilatları üzrə başqan müavinləri və Divan üzvlərindən ibarət kuratorluq bölgüsü aparılıb. Eyni zamanda Müsavat Partiyası başqanının müşavirlərinin və kuratorların fəaliyyətinin tənzimlənməsi üçün müvafiq sənədlərin hazırlanması barədə tapşırıq verilib.
Dekabrın 14-də Bakıda "Siyasi məhbuslara azadlıq!” şüarı ilə keçiriləcək mitinqlə bağlı 12 nəfərdən ibarət mitinq komitəsi yaradılıb.
.