Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı öz səlahiyyətlərinin icrasına aid olan sərəncamlar imzalayıb.
Yenizaman.az-a partiyadan verilən məlumata istinadən bildirir ki, həmin sərəncamlara əsasən Müsavat Partiyasının Mərkəzi İcra Aparatı partiyanın yeni icra strukturları yaradılanadək öz funksiyalarını həyata keçirməyi davam etdirəcək; Müsavat Partiyasının Məclisi 11 oktyabr 2014-cü il tarixdə saat 11.00-da Müsavat Partiyasının mərkəzi qərargahında çağırılacaq; həmin sessiyada MNTK və sərbəst Məclis üzvlüyünə boş qalmış yerlərə seçkilər keçiriləcək.
Digər sərəncamlara əsasən namizədlərin irəli sürülməsi müddəti 01 oktyabr 2014-cü il 12.00-dan 10 oktyabr 2014-cü il saat 17.00-dək müəyyən edilib və bildirilib ki, ərizələr yazılı şəkildə Müsavat Partiyası Mərkəzi İcra Aparatının Təşkilat şöbəsinə təqdim olunmalıdır.
.