Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı müharibəyə son qoymaq üçün bir müqavilə imzaladılar. Rusiya bölgəyə 1960 sülhməramlı göndərir. Azərbaycan prezidenti İlham Əliyev bu müqaviləni "Ermənistanın hərbi kapituylasiyası" adlandırdı və Ermənistanın baş naziri N.Paşinyan bu müqaviləni "şəxsən özü və bütövlükdə bütün erməni xalqı üçün sözsüz dərəcədə ağrılı" olaraq tanıdı. Bir sözlə, bu gün Azərbaycan torpaqlarını azad etmək üçün Vətən müharibəsində qalib gəldi və bunu ən qısa müddətdə etdi.

“Bu gün prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı yeni bir tarix - qələbələrimizin tarixini yazır”, - deyə “Yeni Zaman” Partiyasının sədri Musa Ağayev bildirdi.

Onun sözlərinə görə, hamımız həyacanla Azərbaycan Ordusunun 44 gün ərzində Ermənistanın işğalı altında olan şəhər və rayonlarımızı bir-bir azad etməsini izləyirdik. “Belə qısa bir müddətdə işğal altında olan yeddi rayondan beşini azad etməyi bacardıq. Müqəddəs müharibəmizin kulminasiya nöqtəsi isə 8 noyabrda Şuşa şəhərinin azad edilməsi oldu. Bir gün sonra, 10 noyabrda, Ermənistan təslim olduğunu elan etdi.

Bütün bunlar Azərbaycan prezidenti İlham Əliyevin müdrik siyasəti və düzgün taktikası, eləcə də xalqın birliyi sayəsində mümkün oldu. Biz hamımız görürük ki, Azərbaycan xalqı öz prezidentinin ətrafında necə toplaşdı və gənclərimiz dövlət başçısının vahid bir məqsədə - Azərbaycan torpaqlarının işğalından azad olma yolunda birləşmək çağırışını hansı qətiyyət və cəsarətlə qəbul etdilər. Bü çətin zamanlara prezidentimizə dəstək olaraq birlikdə sinə gərdik. Azərbaycanın bütün 50 siyasi partiyası da dövlət başçısını dəstəklədilər”, - deyə Musa Ağayev vurğuladı.

Partiya sədrinin sözlərinə görə, Azərbaycan bu müharibəni yalnız döyüş meydanında deyil, diplomatik sahədə də qazandı. “Azərbaycan Vətən müharibəsinin ölkəmizin tam qələbəsi ilə sona çatmasında və uzunmüddətli münaqişəyə son qoyulmasında xüsusi rol Rusiyaya və xüsusən də onun prezidenti Vladimir Putinə məxsusdur. Sazişin imzalanması zamanı prezidentimiz də münaqişənin həllində Rusiyanın vacib rolunu qeyd etdi və həllində şəxsi iştirakına görə Rusiya prezidenti Vladimir Putinə təşəkkür etdi".

Eyni zamanda, M.Ağayev Qarabağ məsələsinin hazırkı həllinin və Azərbaycan prezidentinin seçdiyi yolun ölkəmiz üçün yeganə düzgün və faydalı olduğunu vurğuladı. “Bu həqiqət beynəlxalq müstəqil ekspertlər tərəfindən də təsdiqlənib.
Azərbaycan 30 ildir problemi sülh yolu ilə həll etməyə çalışırdı. İlham Əliyev Ermənistan rəhbərliyini danışıqlar masasına oturmağa çağırırdı. Lakin bu ölkənin rəhbərliyi sağlam düşüncədən uzaqlaşaraq öz yolu ilə getməyə qərar verdi. Nəticədə məsələ Azərbaycanın xeyrinə həll olundu və Ermənistanın təslim olması ilə nəticələndi”, - deyə M.Ağayev qeyd etdi.

M.Ağayevin fikrincə, Azərbaycanın bu sözsüz qələbəsi xalqımiz üçün heç də asan qazanılmadı. “Hər bir müharibədə olduğu kimi, təəssüflər olsun ki, ölən, yaralanan hərbçilərimiz var ki, canları bahasına ölkəmizin əzəli ərazilərinə qanuni haqqını müdafiə etdilər. Şəhidlər və ailələri qarşısında baş əyirik və bütün yaralılara şəfa arzu edirik”, - deyə M.Ağayev bildirdi.
Sonda “Yeni Zaman” Partiyasının sədri bütün Azərbaycan xalqını çoxdan gözlənilən qələbə və Azərbaycan torpaqlarının uzunmüddətli işğaldan azad olunması münasibətilə təbrik etdi.


 

.