Milli Şuranın məlum toplantısı siyasi tərbiyənin, müzakirə mədəniyyətinin aşağı olduğunun göstəricisidir. 

Bunu  saytımza  açıqlamasında Yeni Zamana Partiyasının sədri Musa Ağayev bildirib.

Milli Şuranın məlum toplantısı siyasi tərbiyənin, müzakirə mədəniyyətinin aşağı olduğunun göstəricisidir. Bu videomaterial həm də onların tərafdarlarına Milli Şura rəhbərliyinə hansı səviyyəli adamların rəhbərlik etdiyini göstərdi.

Milli Şura sədri Cəmil Həsənlinin, Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin hər kəlməsində müxalifətin digər üzüvlərinə qarşı,cinsi azlıqlara qarşı təhqir dolu danışması bütünlükdə müxalifət düşərgəsində yaxşı qarşılanmadı.

AXCP dən olan fəallarda xəyal qırıqlığı yaratdı. Ən yüksək səviyyədə trolluğa təhrik, sövq etmə kimi hallar Milli Şuranın sədri səviyyəsində aparıldığı məlum oldu. Milli Şuranın bu toplantısı əslində cəmiyyətə də xeyli aydınlaşdırıcı mesajlar verdi. Bu mesaj ondan ibarət oldu ki, qaragüruhçuluqla, trolluqla, yalançı saxta görüntü ilə dövlət idarəetməsinə hər hansı bir şəkildə qoşulmaq olmaz.
 

.