
Fevralın 6-8-də keçiriləcək konfransda 20-yə yaxın dövlət və hökumət başçısı, 60-a yaxın xarici işlər və müdafiə naziri, 30 böyük beynəlxalq təşkilat və şirkətin rəhbəri iştirak edir.
Azərbaycan prezidenti İlham Əliyev fevralın 5-də bu forumda iştirak etmək üçün Bavariyaya gedib.
Konfrans ərəfəsində AFR, Fransa, Rusiya və Ukrayna rəhbərləri səviyyəsində Ukrayna böhranının tənzimlənməsi yollarının işlənib hazırlanması üzrə məsləhətləşmələr keçirilir, onların ilk nəticələrini Münhendə eşitmək olar.
Der Tagesspiegel nəşrinin jurnalistləri ilə söhbətində Münhen Təhlükəsizlik Konfransının rəhbəri, alman deputat Volfqanq İşinger bir çox müasir münaqişələrin səbəblərinin dünyada təhlükəsizlik və intizama görə cavabdeh olan müasir beynəlxalq orqanların səmərəli işləmək iqtidarında olmamasındadır.
Diplomatın fikrincə, BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır, belə ki, hazırki vəziyyətdə TŞ üzvləri konstruktiv işləmək iqtidarında deyil.
"Hazırda dünya intizamı dağılır. Məsələn, 2014-cü ildə dünyada iki yeni böyük münaqişə yarandı: İraqda və Ukraynada. İndi qlobal idarəetmə məsələsi heç vaxt olmadığı qədər aktualdır: BMT TŞ hər həftə bu münaqişələrin həlli ilə məşğul olmalı idi. Amma o, bağlandı”, deyə RİA Novosti İşingerdən sitat gətirir.
Münhen Təhlükəsizlik Konfransı 1962-ci ildən etibarən hər il fevralın ilk ongünlüyündə keçirilir və Almaniya hökuməti tərəfindən maliyyələşdirilir..