Müğənni Yaşar Cəlilov Heydər Əliyev Sarayının yaxınlığında "Volkswagen Touareg” markalı maşını ilə qəzaya düşüb. Avtomobil aşsa da, müğənni xəsarət almayıb.
Hadisə barədə musavat.com saytına açıqlama verən müğənninin prodüseri Vüsalə Kərimova bildirib ki, hazırda Y. Cəlilovun səhhəti yaxşıdır: "Hadisə Heydər Əliyev Sarayının arxasındakı küçədə baş verib. Yaşar dostu ilə məkan açılışına gedirmiş. Qəfildən qarşısına London taksisi çıxıb.
Taksini vurmamaq üçün maşını daş səddə çırpıb. Beləliklə avtomobil aşıb. Xosbəxtlikdən heç kimə heç nə olmayıb. Yaşar özünü çox yaxşı hiss edir. Avtomobilə isə ciddi ziyan dəyib".



