Müğənni Aslan Hüseynov Avropa.info-nun döyülməsi haqda dünən yazdığı xəbərə münasibət bildirib.
"Qafqazinfo”ya açıqlamasında müğənni baş vermiş qalmaqalı təkzib etməsə də, döyülməsi haqda məlumatların əsassız olduğunu bildirib:
"Mən döyülməmişəm. Dövlət tədbirindən çıxıb Roza Rəhimligilə getdim. Ora dar küçə olduğu üçün maşınlar arxa-arxaya düzülmüşdü. Ən sonuncu isə mənim avtomobilim idi. Qonşusu Rozagilə gəldi ki, maşını götürün. Maşını çəkmək üçün çölə çıxanda qonşu qadın məni təhqir etməyə başladı".
Müğənni bildirib ki, məcburi köçkün olan qadın ona bir də bu tərəflərə gəlməməsinə dair göstəriş verib: "Əri isə qadının arxasında gizlənmişdi. Gördüm ki, bunlar həyasızlığa keçib, maşınıma oturdum və 102-ni yığıb polis çağırdım. Polisin yanında yenə məni və Rozanı təhqir etdilər. Bu məsələyə polis baxır, araşdırma gedir, heç polis bilmir ki, günah kimdədir. Bu jurnalistlər mənim günahkar olduğumu haradan bilir? Dünən saytlarda vəhşicəsinə döyülməyim haqda oxuyub dəhşətə gəlmişəm. Mən Rozanın qonşularını da, döyülməyim haqda yazan jurnalistləri də məhkəməyə verəcəm. Hər kəs məhkəməyə verəcəm deyir, yalnız dediyinə əməl etmirlər. Amma mən məhkəməyə müraciət edən ilk sənətçi olacam”.
.