"Rembo" və "Rokki" kimi məşhurlaşan aktyor Silvestr Stallone müğənni Demi Lovato ilə rinqə çıxıb.

Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, kikboks və ciu-citsu ilə məşğul olan Demi aktyoru bir-iki zərbədən sonra yerə yıxıb. 

Kürəyi üstə düşən Silvestr isə ayağının sürüşdüyünü deyərək dərhal yerdən qalxıb. 

Videonu şəxsi "Twitter" səhifəsində paylaşan məşhur "qızım məni yerə sərdi" - statusu yazıb.

 
 

.