Qlükoza təxəllüsü ilə tanınan rusiyalı müğənni Natalya Çistyakova həyat yoldaşının onu çılpaq şəkillərinə görə, tez-tez danladığını açıq şəkildə etiraf edib.

 

Publika.az Rusiya mətbuata istinadən xəbər verir ki, sosial şəbəkədən canlı yayım vasitəsi ilə müsahibə verən müğənni xoşbəxt nikah və ailə həyatı barədə danışıb.

 

Qlükoza instaqram hesabında mütəmadi olaraq açıq-saçıq fotolarını paylaşır. Müğənni özü hesab edir ki, seksual fotolar artist həyatının ayrılmaz hissəsidir, lakin ərinin belə şəkilləri bəyənmədiyini gizlətmir: "İnstaqramda seksual fotolarımı paylaşanda ərim məni danlayır. Bəzən isə deyir: "Daha bəsdir, hər yerini nümayiş etdirirsən”. Amma başa düşürəm ki, biz insanların telefonlarının əlindən düşmədiyi bir cəmiyyətdə yaşayırıq, ona görə də dəyişməyə çalışıram”.

 

Lakin Qlükoza öz yerini bilir və etiraf edir ki, ailədə başçısı məhz onun əridir: "Nə qədər ötkəm olsam da, öz yerimi bilirəm. Ərim ailədə başdır, mən isə boyun. Onu hər xırda problem və uşaq məsələləri yükləmirəm. Onunla yalnız qlobal məsələləri həll edir və daha ciddi məsələləri müzakirə edirik. Mən isə öz növbəsində qlobal problemləri bilmirəm, çünki həmişə bunu eşidirəm: "Narahat olma, hər şey yaxşı olacaq". Ən əsas biz heç vaxt bir-birimizi təhqir etməmişik".

 

Müğənni xoşbəxt və möhkəm nikahın sirlərini də bölüşüb: "Ailədə harmonik münasibətləri saxlamaq mənim ərimin mülayimliyi sayəsində alınır. O, mənə hörmət edir və işimə pərəstiş edir. Mənim albomlarımın birindəki bütün mahnılarının sözlərini ərim yazıb. Xoşbəxtliyin və uğurun sirri ondadır ki, sevdiyin səni həmişə dəstəkləyir".

 

Xatırladaq ki, müğənni Aleksandr Çistyakova ilə 10 ildir evlidir, cütlüyün nikahından Lida və Vera adlı iki qızı var.

 

Fotolar:


.