Lənkəranda qətl hadisəsi törədilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səpnəkəran kəndində qeydə alınıb.
Kənd sakini, orta məktəbdə müəllimə işləyən, 1969-cu il təvəllüdlü Əliyeva Maygül Daməd qızının əri tərəfindən öldürüldüyü bildirilir.
Müəllimənin qətli ilə bağlı bəzi detallar açıqlanıb.
APA-nın cənub bürosunun məlumatına görə, 1968-ci il təvəllüdlü Əliyev Rüfət Akif oğlu həyat yoldaşı Əliyeva Maygül Daməd qızını bellə vurub öldürdükdən sonra hadisə yerindən qaçıb.
Hazırda onun tapılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
.