Müdafiə Sənayesi Nazirliyinin nəzdində olan "Alov" zavodunun işçiləri müəssənin direktoru Kamal Əsgərovun özbaşnalığından bezərək etiraz aksiyası keçirməyə qərar veriblər.
Bu haqda Avropa.info-ya zavodun işçiləri göndərdiyi məktubda məlumat deyilir. "Zavodda işləyən əməkdaşların aksiyasına səbəb direktorun işçilər arasında ayrıseçkilik etməsidir. Zavoda təhsili oldu-olmadı, işə yaradı-yaramadı zavod direktorunun yerliləri, qohumları işə götürülürlər. Onlar işləmədən dövlət büdcəsindən maaş alırlar. Uzun müddət zavodda çalışan əməkdaşların nə dərəcəsi artırılır, nə də onlara əlavə mükafat verilir. Kamal Əsgərovun yaxın qohum-əqrabası və yerliləri isə bütün imtiyazlardan istifadə edirlər. Hətta zavod direktorunun oğlu və gəlininin də adı işçi kimi yazılmaqlarına baxmayaraq, onlar işləmirlər. Buna baxmayaraq, onlar vaxtlı-vaxtında maaşlarını və mükafatlarını alırlar. Zavodda maaşlar 3 aydır gecikdirmə ilə verilir."
Qeyd edək ki, "Alov" zavodunun direktoru Kamal Əsgərov əslən Naxçıvandandır.
.
