Xəbər verdiyimiz kimi, ABŞ-da yaşayan türkiyəli din xadimi Fətullah Gülənlə telefon danışını əks etdirən yeni telefon danışıqları yayılıb: Fətullah Gülənə telefonla zəng edən şəxs Azərbaycanın müdafiə naziri Zakir Həsənovun bu vəzfiəyə təyin olunmasından danışır. Həmin şəxs yaxın vaxtlarda Z.Həsənovla görüşməyin məqsədəuyğun olmasını soruşur. F.Gülən də Zakir Həsənova təbrik məktubu göndərdiyini deyir, onunla görüşməyin məqsədəuyğun olduğunu bildirir.
Məsələ ilə əlaqədar FaktXəbər olaraq Müdafiə Nazirliyinə sorğu göndərib. MN Mətbuat Xidməti sorğunu belə cavablandırdı: "Bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Fətullah Gülən və Mustafa Gunay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının Müdafiə naziri barədə səsləndirilən fikirlərə münasibət olaraq bildiririk ki, Müdafiə nazirinin adı çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur, ünvanına heç bir təbrik məktubu daxil olmayıb və bunu bir təxribat kimi qiymətləndiririk".
Qeyd edək ki, həmin telefon danışığında Türkiyədəki seçkilər barədə də F.Gülənə məlumat verilir. F.Gülənlə telefon əlaqəsi quran şəxsin Mustafa Gunay adlı şəxsdir.
.
