Müdafiə Nazirliyindən Azərbaycanın zirehli texnikalarının döyüşə hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı açıqlama verilib.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ANS PRESS-ə açıqlamasında Silahlı Qüvvələrimizin döyüşə hazırlığının daim artırılması və eləcə də maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində atılan addımların planlı şəkildə, mütəmadi olaraq həyata keçirildiyini qeyd edib.
Onun sözlərinə görə, zirehli texnikaların döyüşə hazırlıq vəziyyətlərinin yaxşılaşdırılması Müdafiə Nazirliyinin rəhbərliyinin daim diqqətindədir:
Silahlı Qüvvələrimizin döyüşə hazırlığının daim artırılması və eləcə də maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində atılan addımlar planlı şəkildə, mütəmadi olaraq həyata keçirilir.
Bu istiqamətdə görülən işlər Müdafiə Nazirliyinin rəhbərliyinin daim diqqətindədir və uğurla davam edir.
.
