"Qarabağ"ın makedoniyalı futbolçusu Muarem Muarem sabah Ağdam klubundan birdəfəlik ayrıla bilər.
Türkiyə mətbuatı 27 yaşlı yarımmüdafiəçinin sabah "Eskişəhərspor"la müqavilə imzalayacağını yazıb.
Muarem özü isə "Facebook"da "Qarabağ" azarkeşləri ilə vidalaşıb:
"Həyatımın ən gözəl anlarından biri olan "Qarabağ", qəlbimdə qalacaqsan. "Qarabağ" azarkeşləri, sizi unutmayacam. Bir gün yenə görüşəcəyik!". (anspress)
.